Bakı Beynəlxalq Avtovağzalı


MDB məkanında analoqu olmayan Bakı Beynəlxalq Avtovağzalı 2009-cu ilin fevral ayından etibarən fəaliyyətə başlamışdır. Bakı Beynəlxalq Avtovağzal Kompleksi 2009-ci ilin fevral ayından başlayaraq avtovağzal xidməti göstərərək ildən-ilə bu sahədə xidmət səviyyəsini yüksəldir və fəaliyyət dairəsini genişləndirir. Hal-hazırda Bakıdan Respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir. Bundan başqa blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında yaşayan həmvətənlərimizə kömək məqsədi ilə Bakı – Naxçıvan marşrutu üzrə hər gün 4 ədəd müasir və hər cür rahatlığı olan iritutumlu avtobus yola salınır.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərə xidmətin yüksək səviyyədə və keyfiyyətlə aparılması üçün proseslərin avtomatlaşdırılmasında ən müasir informasiya və kommunikasiya texnologiyalarından və proqram təminatından istifadə edir. Hal-hazırda sərnişinlərə bilet satışı və avtobusların yola salınma prosesləri avtomatlaşdırılmış, mərkəzi məlumat bazası yaradılmışdır. Sərnişinlərə xidmət səviyyəsini daha da yaxşılaşdırılmaq məqsədi ilə beynəlxalq internet şəbəkəsi vasitəsilə "online" rejmində bilet satışı proqramı 2013-cü il noyabr ayından etibarən istismara verilmişdir.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşən hər bir avtobus reysdən əvvəl yuyucu məntəqədən, tibbi və texniki müayinədən keçirilir.

Bakı Beynəlxalq Avtovağzalından respublikanın şəhər və rayonlarına yola düşən kiçik tutumlu avtobusların – mikroavtobusların iritutumlu, yüksək komforta malik avtobuslarla əvəzlənməsi prosesi davam etdirilir. Belə ki, 2011-ci il ərzində Bakı - Lənkəran, Bakı – Astara, Bakı – Xaçmaz, Bakı – Quba marşrutlarında hərəkət edən mikroavtobusların fəaliyyəti dayandırılmış, əvəzində həmin xətlərə müxtəlif özəl şirkətlər tərəfindən gətirilmiş iritutumlu, yüksək komforta malik, kondensionerlərlə təchiz edilmiş 28, 40, 49 yerli Türkiyə Respublikasının istehsalı olan Temsa markalı avtobuslar buraxılmışdır. Beynəlxalq Avtovağzal olaraq bu sahədə fəaliyyət, yəni müxtəlif marşrutlardakı mikroavtobusların iritutumlu, yüksək komforta malik avtobuslarla əvəzlənməsi davam etdiriləcəkdir.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Bakı, Azərbaycan, AZ1117 Sumqayıt şosesi 3-cü km Telefon: +994 12 4997038 Faks: +994 12 4997102 e-mail: info@bbak.az